Bayramda Qarabağa səfər edənlərə MÜRACİƏT - VİDEO
30 Dekabr 2024
09:34 - 22 Avqust 2024
Rusiya Dövlət Dumasının deputatları aşağı palataya miqrantların seksual xarakterli zorakılıq hərəkətlərinə və ya cinsi xarakterli hərəkətlərə məcbur edilməsinə görə Rusiya vətəndaşlığından məhrum edilməsini təklif edən qanun layihəsi təqdim edəcəklər.
Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, müvafiq qanun layihəsi Rusiya pasportundan məhrum edilməsinə səbəb olan cinayətlərin siyahısını genişləndirməyi təklif edir.
Layihədə həmçinin dövlət məmuruna qarşı həyata qəsd və zorakılıq tətbiq edən Rusiya vətəndaşlarının vətəndaşlıqdan məhrum edilməsi təklif edilir.
Qanun layihəsinin müəllifi, deputat Sergey Mironovun sözlərinə görə, Rusiyanın bir sıra şəhərlərində miqrant qorxusundan qadınlar axşam saatlarında küçəyə çıxmaqdan qorxurlar.
İndi əcnəbilər terrorçu və ekstremist xarakterli cinayətlərə, girov götürməyə, qanunsuz silahlı qrup yaratmağa, habelə Rusiya Silahlı Qüvvələri haqqında yalan məlumat yaymağa, təxribat, casusluq və yüksək cinayətlər törətməyə görə əldə etdikləri Rusiya vətəndaşlığını itirə bilərlər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin