Çexiyada bomba təhlükəsi: 600-ə yaxın sakin təxliyə olundu

22:58 - 21 Avqust 2024

Çexiyada bomba təhlükəsi: 600-ə yaxın sakin təxliyə olundu

Çexiyanın Litvinov şəhərində II Dünya müharibəsindən qalma hava bombasının tapılması ilə bağlı 600-ə yaxın sakin təxliyə olunub.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə CTK agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, bomba avqustun 27-dək tapıldığı yerdə qalacaq. Onu yoxlayan istehkamçılar belə qənaətə gəliblər ki, partlayış təhlükəsi böyükdür və onun şəhərdən çıxarılması, eləcə də sonradan ləğv edilməsi üçün ən münasib şəraiti təmin etmək lazımdır.


Xəbər xətti

21 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin