Bu şəxslərə 6 326 mənzil və fərdi ev verilib
26 Noyabr 2024
16:47 - 21 Avqust 2024
Oyunun Qəbələ şəhər stadionunda təşkil olunması ilə bağlı həm UEFA, həm də Estoniya Futbol Federasiyası ilə danışıqlar aparılır.
Manset.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli UEFA Millətlər Liqasında keçiriləcək Azərbaycan - Estoniya matçı ilə bağlı danışarkən deyib.
"Oyunun məkanı ilə bağlı danışıqlar davam edir. Hələlik görüşün harada olacağı tam dəqiqləşməyib. Yaxın vaxtlarda məsələ rəsmiləşən kimi ictimaiyyətə məlumat veriləcək. Estoniya tərəfindən razılıq almağa gəlincə, stadion 4 ulduzlu kateqoriyaya aiddirsə, bunun üçün qarşı tərəfin cavabını gözləməyə ehtiyac yoxdur. Meydan sahibi istədiyi yerdə rəqibi qəbul edə bilər. Lakin stadion bu kateqoriyaya uyğun olmadıqda artıq UEFA ilə yanaşı, qarşı tərəfin də razılığı önəm kəsb edir", - deyə milli assosiasiya rəsmisi vurğulayıb.
Qeyd edək ki, sözügedən matç noyabrın 16-da təşkil olunacaq. Bu tarixdə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyası (COP29) baş tutacaq. Bu səbəbdən paytaxtda qarşılaşmanın təşkili mümkün olmayacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin