Qazaxıstan millisinin müdafiəçisi "Qarabağ"a qarşı Oynamayacaq

22:48 - 2 Noyabr 2021

Qazaxıstan millisinin müdafiəçisi

UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"ı qəbul edəcək Qazaxıstan "Kayrat"ı oyuna itki ilə çıxacaq.

 

Manşet.az "vesti.kz" saytına istinadən xəbər verir ki, Almatı təmsilçisinin müdafiəçisi Qafurjan Suyumbayev Ağdam klubu ilə matçı buraxacaq.

 

Qazaxıstan millisinin 31 yaşlı üzvü zədə səbəbindən bu görüşdə iştirak edə bilməyəcək.

 

Qeyd edək ki, noyabrın 4-də Almatı şəhərindəki "Ortalık" stadionunda keçiriləcək "Kayrat" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin