Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO
21 Dekabr 2024
01:00 - 21 Avqust 2024
İtaliyanın Piombino limanından yola düşən gəmi-bərəsinin mühərrik bölməsində yanğın baş verib.
Manset.az xəbər verir ki, Elba adası istiqamətində hərəkət edən “Corsica Sardinia Ferries” şirkətinə məxsus “Corsica Express” gəmi-bərəsinin göyərtəsində təxminən 300 nəfər olub. Mühərrik bölməsində tüstü aşkarlandıqdan sonra gəmi-bərə limana geri qayıdıb. Yanğın dərhal söndürülüb.
Əraziyə Sahil Mühafizə Xidmətinin patrul gəmiləri və mülki müdafiə qüvvələri cəlb olunub. Sərnişinlər və ekipaj üzvləri təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin