Bayramda Qarabağa səfər edənlərə MÜRACİƏT - VİDEO
30 Dekabr 2024
23:28 - 20 Avqust 2024
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 66 saylı Saatlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əziz Ələkbərov Saatlı rayonunun Tarix-diyarşünaslıq muzeyini ziyarət edib, muzey əməkdaşları ilə görüşüb.
Manset.az xəbər verir ki, deputatlığa namizəd Əziz Ələkbərov muzey əməkdaşları qarşısında çıxış edərək, çıxışında qalib Azərbaycan dövlətinin davamlı olaraq gücləndiyini bildirib. O qeyd edib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Azərbaycan mədəni irsinin qorunması və təbliği dövlətimizin prioritetləri sırasındadır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da bu sahədə xidmətləri ölçüyəgəlməzdir.
Deputatlığa namizəd görüş zamanı muzey əməkdaşlarının təkliflərini də dinləyib və qeydə alıb.
Daha sonra deputatlığa namizəd Əziz Ələkbərov muzeyi gəzib və buradakı nadir eksponatlarla tanış olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin