İlham Əliyev rəsmiləri qəbul etdi - YENİLƏNDİ
17 Noyabr 2024
21:30 - 2 Noyabr 2021
Manşet.az xəbər verir ki, Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti mövzu yollardakı müşahidə kameraları ilə bağlı olub.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, bəzi hallarda sözügedən kameralar işləmir, yaxud hadisə anını çəkə bilmir. Hətta dünya təcrübəsində də belə hallar var ki, müşahidə kameralarında kəskin hava şəraiti ilə əlaqədar görmə çətinliyi yaranır.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqalər şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev münasibət bildirib. Qurum rəsmisi “Azərbaycanda müşahidə kameraları hansı hallarda işləyə bilmir?” sualına belə cavab verib:
“Ümumilikdə müşahidə kameraları normal şəraitdə hər an işləyir. Elə bir gün, yaxud saat yoxdur ki, kameralar işləməsin. Ola bilər ki, texniki nasazlıq yaransın, o zaman fəaliyyət göstərməz. Həmçinin, təbii ki, kəskin yağış və ya qarlı, dumanlı havalarda görmə məhdudiyyəti yaranır. Buna görə də, kameralar hadisə anını, yüksək sürəti və s. çəkə bilmir”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin