Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
26 Noyabr 2024
13:31 - 20 Avqust 2024
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında İsveçrənin "Young Boys" komandası ilə qarşılaşacaq "Qalatasaray" matç öncəsi pis xəbər alıb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
"Qalatasaray" klubundan verilən açıqlamaya görə, klubun məşhur oyunçusu Barış Alper Yılmaz matçda oynaya bilməyəcək.
"Sarı-qırmızıl"arın verdiyi açıqlamada milli futbolçunun qida zəhərlənməsi səbəbindən İsveçrəyə gedən qrupda yer almadığı bildirilib:
"Ürəkbulanma, qusma və ishal şikayətləri olan və qida zəhərlənməsi aşkarlanan Barış Alper Yılmaz bu gün İsveçrəyə yollanan komandanın heyətində yer almayıb. Futbolçumuzun durumuna sabah keçiriləcək qiymətləndirmədən sonra qərar veriləcək".
"Qalatasaray"ın "Young Boys" matçının düşərgə heyətində aşağıdakı futbolçular yer alıb:
Fernando Muslera, Kerem Aktürkoğlu, Kerem Demirbay, Mauro İcardi, Dries Mertens, Yunus Akgün, Batuhan Şen, Wilfried Zaha, Leo Dubois, Derrick Köhn, Berkan Kutlu, Günay Güvenç, Gabriel Sara, Hakim Ziyech, Elias Nelsson, Victor Lucas Torrreira, Atakan Ordu, Abdülkerim Bardakcı, Michy Batshuayi, Ali Yeşilyurt, Ali Turap Bülbül, Efe Akman, Metehan Baltacı.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin