Milyarder gəmi qəzasından sonra itkin düşdü

20:46 - 19 Avqust 2024

Milyarder gəmi qəzasından sonra itkin düşdü

59 yaşlı britaniyalı milyarder Mayk Linç İtaliyanın Palermo şəhərinin sahil zolağında sahibi olduğu super-yaxtanın batması zamanı itkin düşüb.

 

Manset.az xəbər verir ki, Mayk Linçin həyat yoldaşı Ancela Bakares xilas edilib. Böyük Britaniya bayrağı altında üzən “Bayesian” adlı lüks yaxta əlverişsiz hava səbəbindən dənizin 49 metr dərinliyinə batıb. Göyərtəsində 22 nəfərin olduğu yaxtanın batmasından sonra 15 nəfər xilas edilib, bir nəfər ölüb, altı nəfər isə itkin düşüb.

Mayk Linç 1996-cı ildə “Autonomy” proqram təminatı şirkətinin həmtəsisçilərindən olub. Sürətlə böyüyərək Böyük Britaniyanın aparıcı texnologiya firmalarından birinə çevrilən şirkət 2011-ci ildə informasiya texnologiyaları nəhəngi “Hewlett-Packard”a (ABŞ) 11 milyard dollara satılıb. Mayk Linç bu satışdan 647 milyon dollar mənfəət əldə edib.

Ancaq bir il sonra “Hewlett-Packard” şirkəti, Mayk Linçin “Autonomy” şirkətinin dəyərini şişirtdiyini deyib. Bununla da ABŞ prokurorları və Mayk Linç arasında illərlə davam edən məhkəmə çəkişmələri başlayıb. Mayk Linç 2022-ci ildə mühakimə olunmaq üçün ABŞ-a ekstradisiya edilib. Proses bu ilin iyun ayında Linçin bəraət alması ilə yekunlaşıb.


Xəbər xətti

22 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin