Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
26 Noyabr 2024
20:10 - 19 Avqust 2024
Su idmanı növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birlikdə növbəti dəfə açıq suda kütləvi üzmə yarışı keçirəcək.
Manset.az xəbər verir ki, açıq suda üzgüçülük yarışları açıq su hövzələrində (çaylar, göllər, dənizlər və okeanlar) müxtəlif məsafələrə təşkil ediləcək.
Avqustun 31-də Kür çayının iki sahili arasında gerçəkləşəcək “Kürü keçək?!” adlı üzmə yarışında ölkəmizin bütün rayon və şəhərlərindən üzməyi bacaran 13 yaşdan yuxarı hər kəs iştirak edə bilər.
Qeyd edək ki, ilk dəfə açıq suda üzmə yarışı 2022-ci ildə Xəzər dənizində (“Xəzər dalğası”), 2023-cü ildə isə Mingəçevirdə Kür çayında (“Kürü keçək”) təşkil edilmişdi. Mingəçevir şəhərində, Kür çayında növbəti dəfə keçiriləcək yarış peşəkarlar və həvəskarlar arasında 300 metr məsafəyə təşkil ediləcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin