"Paşinyan üçtərəfli razılaşmaları sabotaj edir" - Lavrov

18:12 - 19 Avqust 2024

"Paşinyan Qarabağ üzrə üçtərəfli razılaşmaları sabotaj edir".

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bunu Bakıda səfər olan Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyanın "Birinci Kanalı"na açıqlamasında deyib.

“Təəssüf ki, Ermənistanın Sünik bölgəsindən keçən kommunikasiyalara gəlincə, altında baş nazir Paşinyanın imzası duran sazişi sabotaj edən məhz Ermənistan rəhbərliyidir. Belə bir mövqenin məntiqini nə olduğunu anlamaq çox çətindir. Amma mən əminəm ki, üçtərəfli görüşlər çərçivəsində, üçtərəfli sənədlərdə qoyulan təməl tam şəkildə aktual olaraq qalır”, - Lavrov deyib.


Xəbər xətti

30 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin