Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA
22 Dekabr 2024
17:45 - 19 Avqust 2024
Afrikanın neft və təbii qazla zəngin ölkəsi Nigeriyada ordu qaçaqmalçılıq yolu ilə gətirilən xam neftin qeyri-qanuni emalının həyata keçirildiyi daha 40 obyekti məhv edib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nigeriya ordusunun ictimaiyyətlə əlaqələr direktorunun müavini Danjuma Jonah Danjuma verdiyi yazılı açıqlamada ordunun ölkənin neft bölgəsi olan Niger Deltasında neft qaçaqmalçılarına qarşı hava əməliyyatlarını davam etdirdiyini bildirib.
Danjuma əməliyyatlar zamanı daha 40 qeyri-qanuni neft emalı obyektinin məhv edildiyini açıqlayıb.
Həmçinin əməliyyatlar zamanı qaçaqmalçılara məxsus çoxlu taxta qayığın ələ keçirildiyini bildirən Danjuma, 180 min litrdən çox qaçaq neft məhsulunun ələ keçirildiyi məlumatını paylaşıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin