İlham Əliyev rəsmiləri qəbul etdi - YENİLƏNDİ
17 Noyabr 2024
19:09 - 2 Noyabr 2021
Azərbaycanda əcnəbi vətəndaşların yol hərəkəti qaydalarını pozduğu halda cəriməni ödəməsi barədə rəsmi açıqlama verilib.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, yol hərəkəti haqqında qanun vətəndaşlarımızla yanaşı respublika ərazisindən tranzit keçən, müvəqqəti olan (viza rejimi əsasında, vizada göstərilən müddət ərzində və vizasız rejimdə müəyyən olunmuş müddətə), müvəqqəti yaşayan, daimi yaşayan, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə münasibətdə eyni hüquqi qüvvədədir.
Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə, qanun qarşısında hər kəs hüquq çərçivəsində bərabər vəzifələri və məsuliyyəti daşıyır. Qanuna uyğun olaraq, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin inzibati xətalara görə, ölkəmizdən getməsinin müvəqqəti məhdudlaşdırılması qaydaları nəzərdə tutulub.
Həmin şəxslərin ölkə ərazisini tərk etdikdən sonra məsuliyyətdən yayınması müəyyən edildikdə onların ölkə ərazisinə girişinə məhdudiyyət qoyula bilər.
Bunun üçün də hüquqi statusundan asılı olmayaraq, hər bir şəxsin yaşadığı ölkənin qanunlarına hörmətlə yanaşması zəruridir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin