ABŞ və Böyük Britaniya Yəmənə hücum etdi

11:53 - 19 Avqust 2024

ABŞ və Böyük Britaniya Yəmənə hücum etdi

ABŞ və Böyük Britaniyanın döyüş təyyarələri İranın dəstəklədiyi husilərin nəzarəti altında olan Yəmənə hava zərbəsi endirib.

 

Manset.az bu barədə "Haberler.com"-a istinadən xəbər verir. 

Hücumda ölkənin qərbindəki Hudeydə şəhərinin Salif bölgəsinin hədəf alındığı bildirilib.

Bombardman nəticəsində dəyən ziyanla bağlı məlumat verilməyib. Həmçinin ABŞ və İngiltərədən hücumlarla bağlı açıqlama verilməyib.

Qeyd edək ki, Husilərin nəzarəti altında olan sahil şəhəri Hudeyda beynəlxalq hava limanı ilə birgə 3 limana ev sahibliyi etdiyi üçün Yəmənin ən əhəmiyyətli şəhərlərindən biri hesab olunur.

 

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

22 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin