23 il sonra birlikdə etdikləri layihəni açıqladı

18:40 - 18 Avqust 2024

23 il sonra birlikdə etdikləri layihəni açıqladı

Aktyor Müşviq Şahverdiyev 23 il sonra həmkarı Elməddin Cəfərovla bir araya gələcəkləri layihəni açıqlayıb. 


Manset.az Axsam.az-a istinadən xəbər verir ki, sənətçi yeni serial çəkdiklərini deyib. O bildirib ki, artıq çəkilişlər başlayıb:

"Qara-qura işlər" adlı serialımızın çəkilişinə başladıq. Komandamıza uğurlar arzulayıram. Yeni mövsümdə yeni serialla gəlirik".

Qeyd edək ki, Müşviq və Elməddin 23 ildir eyni layihədə yer almır. Onlar sonuncu dəfə 2001-ci ildə başlayan “Tək səbir” layihəsində bir yerdə çalışıblar. 


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin