"Sumqayıt" "Səbail"i məğlub etdi

00:30 - 18 Avqust 2024

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

 

Mnaset.az xəbər verir ki, günün ikinci matçında "Sumqayıt" "Səbail"i qəbul edib.

Qarşılaşma "gənclik şəhəri" təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Meydan sahiblərində 87-ci dəqiqədə Kamran Quliyev, qonaqlarda 89-cu dəqiqədə Süleyman Alluş fərqlənib. 90+2-ci dəqiqədə Roi Kehat "Sumqayıt"ın qələbə qoluna imza atıb.

Bu nəticədən sonra xallarının sayını 6-ya çatdıran "kimyaçılar" 2-4-cü yerləri bölüşdürür. Bakı klubu isə 1 xalla 9-cu sıradadır.

Günün ilk matçında "Turan Tovuz" "Kəpəz"i üç cavabsız qolla üstələyib.

Qeyd edək ki, III turun "Şamaxı" - "Qarabağ" və "Zirə" - "Araz-Naxçıvan" qarşılaşmaları təxirə salınıb. Tura avqustun 18-də "Neftçi" - "Sabah" matçı ilə yekun vurulacaq.


Xəbər xətti

12 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin