Nizami Süleymanov vəfat etdi - FOTO

20:15 - 17 Avqust 2024

Nizami Süleymanov vəfat etdi - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dosenti Nizami Süleymanov vəfat edib.

 

Manset.az xəbər verir ki, bu barədə BDU-dan bildirilib.

N.Süleymanov 1953-cü ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. 1970-1975-ci illərdə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsində təhsil alıb. 1975-1977-ci illərdə Elektron Sənayesi Nazirliyində mühəndis-proqramçı vəzifəsində çalışıb. 1991-ci ildə "Ümumi qeyri-lokal sərhəd şərtli Steklov tipli məsələlərin araşdırılması” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

Fizika-riyaziyyat elmləri namizədi, dosent N.Süleymanov 1978-ci ildən indiyədək BDU-nun İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasında çalışıb. 60-dan çox elmi və metodik işin müəllifi idi.

BDU kollektivi Nizami Süleymanovun vəfatından kədərləndiyini bildirib, ailəsinə dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin.



Xəbər xətti

12 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin