Evində qumbara partlayan şəxsin yaxınları danışdı - VİDEO

19:42 - 17 Avqust 2024

Evində qumbara partlayan şəxsin yaxınları danışdı - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Sumqayıtda 8-ci mikrorayon ərazisində, 27 A ünvanında yerləşən yaşayış binasında mənzildə partlayış olub hadisə nəticəsində 1 nəfər ölüb.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ölən şəxs, Truxin Sergey Valentinoviçin əlində qumbara partlayıb.

Sözügedən partlayıcı maddənin mənzilə hansı formada gəlib çıxması hələ də məlum deyil.

Lakin ölən şəxsin yaxınlarının sözlərinə görə, onun səhhətində problemlər olub.

Hətta müalicə olunması üçün tez-tez aralarında mübahisə yaransa da, Truxin Sergey Valentinoviç müalicə olunmaqdan imtina edib.

Qeyd edək ki, mənzildə döyüş tətbiqinə yararlı 3 ədəd 23 mm-lik mərmi də aşkarlanıb.

Hadisə ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:


Xəbər xətti

12 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin