İlham Əliyev rəsmiləri qəbul etdi - YENİLƏNDİ
17 Noyabr 2024
17:13 - 2 Noyabr 2021
Rusiyanın faciəli uşaq ölümü qeydə alınıb.
Manşet.az Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə Xakasiya vilayətində baş verib.
Axşam saatlarında valideynləri yuxuda olarkən həyətə çıxan 7 yaşlı qız geri dönə bilməyib. Hava şaxtalı olduğundan azyaşlı evin pəncərəsinin altında donaraq ölüb.
Əynində yalnız corab və nazik kofta olub.
Faktla bağlı polis araşdırma aparır, əlavə olaraq "ehtiyatsızlıqdan ölümə səbəb olma” maddəsi ilə cinayət işi başlanıb.
İlkin məlumata görə, azyaşlının fiziki qüsurları olub, nitqi tam inkişaf etməyib. Meyitin üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.
Polisdən bildirilib ki, içki düşkünü olan körpənin anası bir müddət öncə övlada qarşı laqeydlik səbəbindən cərimələnib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin