Prezident İlham Əliyev Fərman imzaladı

15:27 - 17 Avqust 2024

Prezident İlham Əliyev Fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycanla Pakistan arasında imzalanmış sənədləri təsdiqləyib.

 

Manset.az xəbər verir ki, dövlət başçısı "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında" Fərman imzalayıb.

Prezident İlham Əliyev bundan əlavə, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında mineral ehtiyatlar və geologiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Pakistan İslam Respublikasının İnformasiya Texnologiyaları və Telekommunikasiya Nazirliyi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Pakistan İslam Respublikasının Hüquq və Ədliyyə Nazirliyi arasında Əməkdaşlıq Memorandumu”nun təsdiq edilməsi haqqında Fərman da imzalayıb.


Xəbər xətti

12 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin