Türk ulduz “Juventus”un yeni 10 nömrəsi oldu

14:25 - 17 Avqust 2024

Türk ulduz “Juventus”un yeni 10 nömrəsi oldu

İtaliya A Seriyasında "Yuventus" klubu Kənan Yıldızın müqaviləsinin 2029-cu ilə qədər uzadıldığını açıqlayıb. 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, türkiyəli ulduz bu gündən etibarən 10 nömrəli formanı geyinəcək.

Futbol karyerasına “SV Saller” klubunda  başlayan Kənan Yıldız  sonra “Regensburq” və “Bavariya”nın komandalarında çıxış edib.

Gənc futbolçu 2022-ci ildə “Yuventus”a transfer edilib və növbəti il ​​klubun əsas komandasına keçib.

Kənan Yıldız  “Yuventus”un heyətində 46 matçda meydana çıxıb. 14 qol vuran türkiyəli ulduz futbolçu 8 məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbər xətti

12 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin