Hələ də su verilməyən ərazilərlə bağlı - Açıqlama

12:35 - 17 Avqust 2024

Hələ də su verilməyən ərazilərlə bağlı - Açıqlama

Oğuz-Qəbələ-Bakı kəmərindəki təmir-bərpa işlərinin tam yekunlaşmasından sonra bəzi ərəzilərə suyun qrafikə uyğun verilə bilməməsinin səbəbi magistral xəttin doldurulma prosesinin davam etməsidir.

 

Manset.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, texniki qaydalara uyğun olaraq, suyun verilmə rejiminin tədricən bərpası prosesi gedir. Artıq 80 faiz ərazi içməli su ilə təmin edilib: “Günorta saatlarından sonra suyun digər ərazilərə də çatması mümkün olacaq”.

Xatırladaq ki, avqustun 12-si gecə saatlarından başlayaraq Oğuz-Qəbələ-Bakı su kəmərində əsaslı təmir-bərpa işləri aparılıb. Bununla əlaqədar Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarında suyun verilməsində problem yaranıb.

 


Xəbər xətti

12 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin