Dünya Qadın Seriyasının Bakı mərhələsi başlayır

11:15 - 17 Avqust 2024

Dünya Qadın Seriyasının Bakı mərhələsi başlayır

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsi bu gün start götürəcək.


Manset.az xəbər verir ki, Azərbaycan millisi C qrupunda mübarizə aparacaq.

Yığma ilk matçını Almaniyanın “Düsseldorf ZOOS” kollektivinə qarşı keçirəcək. Görüş saat 16:50-də başlayacaq.

Ratomir Deliçin baş məşqçisi olduğu komanda ikinci oyununda təsnifat mərhələsinin qalibi ilə görüşəcək. Bu qarşılaşma saat 18:30-a təyin edilib.

Dörd qrupun hər birində ilk iki yeri tutanlar 1/4 finala yüksələcək.

Qeyd edək ki, Bakı mərhələsi avqustun 18-də başa çatacaq.


Xəbər xətti

12 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin