Azərbaycan Premyer Liqasında III tura start veriləcək

09:59 - 17 Avqust 2024

Azərbaycan Premyer Liqasında III tura start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start veriləcək.

 

Manset.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

"Kəpəz" "Turan Tovuz"la üz-üzə gələcək. Tovuz şəhər stadionundakı matç saat 18:15-də start götürəcək. Hazırda xalsız olan Gəncə təmsilçisi sonuncu - 10-cu pillədə qərarlaşıb. Tovuz klubu dörd xalla üçüncü sırada yer alıb.

İkinci görüşdə "Sumqayıt" "Səbail"i qəbul edəcək. Oyun saat 20:30-da başlayacaq. "Gənclik şəhəri" təmsilçisi üç xalla 4-5-ci, "dənizçilər" isə bir xalla 7-9-cu yerləri bölüşdürür.

Azərbaycan Premyer Liqası, III tur

18:15. “Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rauf Allahverdiyev
VAR: Rauf Cabarov
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Azər Əsgərov
Tovuz şəhər stadionu

20:30. “Sumqayıt” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
M. Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, III turun "Şamaxı" - "Qarabağ" və "Zirə" - "Araz-Naxçıvan" qarşılaşmaları təxirə salınıb. Tura avqustun 18-də "Neftçi" - "Sabah" matçı ilə yekun vurulacaq.


Xəbər xətti

12 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin