Məşhur türkiyəli aktyor vəfat etdi - FOTO

09:45 - 17 Avqust 2024

Məşhur türkiyəli aktyor vəfat etdi - FOTO

Məşhur türkiyəli aktyor Aydemir Akbaş Tan vəfat edib.

 

Manset.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, yenidən xərçəngə tutulan Akbaş müalicə aldığı xəstəxanada 88 yaşında dünyasını dəyişib.

88 yaşlı aktyor dünən evində huşsuz vəziyyətdə tapılıb və təcili olaraq xəstəxanaya çatdırılıb. Dərhal reanimasiyaya alınan Aydemir Akbaş üçün yaxın dostu İbrahim Tatlısəs dua istəyib.

Xatırladaq ki, daha əvvəl kolon, qırtlaq və bağırsaq xərçəngi ilə mübarizə aparan Aydemir Akbaş yenidən xərçəngə tutulduğunu açıqlamışdı.

Kino aktyoru, rejissor, ssenarist Aydemir Akbaş Tan 1936-cı il martın 3-də İstanbulda anadan olub. O, İtaliya və Qalatasaray liseylərində təhsil aldıqdan sonra bir müddət jurnalist kimi fəaliyyət göstərib. Sonra teatrda aktyorluq etməyə başlayıb. “Keşanlı Ali Destanı”, “Direkler Arası”, “Zilli Zərife”, “Ferhat ile Şirin” kimi tamaşalarda rol alıb.

O, 40-ı komediya olmaqla 127 filmdə rol alıb, 8 filmə rejissorluq edib, 30-a yaxın teatr tamaşasında rol alıb. O, bir çox seriallarda da çəkilib. O, 33 filmin ssenarisini yazıb.



Xəbər xətti

12 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin