İzmirdə yanğın yaşayış məntəqələrinə çatdı - VİDEO

09:00 - 17 Avqust 2024

İzmirdə yanğın yaşayış məntəqələrinə çatdı - VİDEO

Dünən gecə saatlarında Türkiyənin İzmir şəhərinin Yamanlar Qaratəpə ərazisində meşə sahəsində başlayan yanğın şiddətlənib.

 

Manset.az xəbər verir ki, bu barədə “TRT haber” məlumat yayıb.

Qeyd olunub ki, əsən güclü külək səbəbilə alovlar ərazidəki yaşayış evlərinə çatıb.

16 ev yanıb, 87 ev boşaldılıb, 44 məntəqədə təxliyə aparılıb.

Məlumata görə, yanğının söndürülməsi məqsədilə əraziyə 5 təyyarə, 15 helikopter, 46 su çiləyən maşın və əlavə canlı qüvvə cəlb olunub.


Xəbər xətti

12 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin