Türkiyədə sutka ərzində 47 meşə yanğını

23:34 - 16 Avqust 2024

Türkiyədə sutka ərzində 47 meşə yanğını

Son 24 saat ərzində Türkiyədə 47 meşə yanğını qeydə alınıb, onlardan 30-u artıq nəzarətə götürülüb”.

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, hazırda 17 yanğın söndürülür. “Mən indi yalnız böyük yanğınlardan danışıram. Bir sıra rayonlarda yanğınla mübarizə relyefə görə çətinləşir. Yanğının söndürülməsinə təyyarələr və helikopterlər, eləcə də yüzlərlə digər texnika cəlb olunub”, - deyə Yumaklı bildirib.

Nazir qeyd edib ki, ölkənin ayrı-ayrı vilayətlərində yanğınsöndürmə prosesi gecə-gündüz davam edir. Eyni zamanda bəzi yaşayış məntəqələrinin əhalisi təxliyə edilib.

Nazir vətəndaşaları isti havda ayıq-sayıq olmağa çağırıb.

Bundan əvvəl Türkiyə Milli Müdafiə Nazirliyi ölkədə meşə yanğınlarının söndürülməsi prosesinə dəstək üçün 4 helikopter ayrıldığını açıqlamışdı.


Xəbər xətti

12 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin