Kəmaləddin Heydərovdan yeni təyinatlar

22:41 - 16 Avqust 2024

Kəmaləddin Heydərovdan yeni təyinatlar

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi Rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.

 

Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, FHN-in daxili xidmət polkovnik-leytenantı Bəradə Heydərov sözügedən qurumun rəisi vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.

Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Rəşad Tağı oğlu Nəsirov da vəzifəsindən azad olunub və Binəqədi Rayon Yanğından Mühafizə Hissəsinin rəisi təyin edilib.

FHN-in daxili xidmət mayoru Aqil Ağayev isə Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsinə gətirilib.

Nazir general-polkovnik Kəmaləddin Heydərovun yeni təyinatlarla bağlı müvafiq əmr imzalayıb.


Xəbər xətti

12 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin