“Omoniya” - “Zirə” matçının hakimləri açıqlandı

20:57 - 16 Avqust 2024

“Omoniya” - “Zirə” matçının hakimləri açıqlandı

“Zirə”nin UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində səfərdə “Omoniya”ya qarşı keçirəcəyi oyuna hakim təyinatı açıqlanıb

 

Manset.az xəbər verir ki, avqustun 22-də Kiprdə baş tutacaq “Omoniya” - “Zirə” oyununu estoniyalı hakimlər briqadası idarə edəcək. 

Baş hakim Yuri Fişerə yan xətt hakimləri Veyko Mostnik və Sander Saqa köməklik edəcək. Dördüncü hakim isə Kristo Kulyastinen olacaq. Matçın VAR hakimi Kristo Tover, AVAR hakimi isə Yonas Yaanovits olacaq.


Xəbər xətti

12 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin