Xəzərin su səviyyəsinin azalması problemi öyrəniləcək

20:44 - 16 Avqust 2024

Xəzərin su səviyyəsinin azalması problemi öyrəniləcək

Qazaxıstanın Su Ehtiyatları və İrriqasiya Nazirliyi ilin əvvəlində yaradılmış Xəzər Dənizi Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti barədə məlumat verib.

 

Manset.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Aktau şəhərində institutun fəaliyyəti üçün bina ayrılıb və hazırda qurumun avadanlıqla təchiz edilməsi və maliyyələşdirilməsi işləri aparılır.

İnstitut Xəzər dənizinin ekoloji problemlərini, su səviyyəsinin azalması məsələsini, suitilərin və balıqların kütləvi tələf olmasının səbəblərini, Xəzər suitisinin populyasiyasının qorunması məsələlərini, Xəzərin akvatoriyasını və sahil zonasını öyrənəcək.


Xəbər xətti

12 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin