Xalq artistinin son görüntüsü sevənlərini üzdü - VİDEO
21 Dekabr 2024
17:56 - 16 Avqust 2024
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai iaşə müəssisələrində, xüsusilə də ev şəraitində hazırlanan qida məhsullarının şənlik və yas mərasimlərində istehlakı nəticəsində zəhərlənmə hallarına rast gəlinməsi barədə məlumat yayıb.
Manset.az xəbər verir ki, AQTA bir sıra ictmai iaşə müəssisələrində keçirilən müxtəlif tədbirlər zamanı qida təhlükəsizliyi ilə bağlı tələblərin pozulması hallarına yol verildiyini bildirib:
“Həmçinin araşdırmalar zamanı ictimai iaşə müəssələrinin sahibləri tərəfindən bu cür obyektlərin məclis sahiblərinə gündəlik əsaslarla icarəyə verilməsi halları müəyyən olunur. Təbii ki, bu kimi hallar ictimai iaşə müəssisələrinin rəhbərlərini baş verən hadisələrlə bağlı məsuliyyətdən azad etmir.
Bəzi hallarda icarəyə götürülmüş ictimai iaşə müəssisələrində verilən qidalar məclis sahibləri tərəfindən evdə heç bir gigiyenik tələblər gözlənilmədən hazırlanaraq temperatur rejimi və sanitar-gigiyenik daşınma qaydaları gözlənilmədən bu müəssisələrə gətirilərək qonaqlara təqdim edilir. Bu kimi hallar kütləvi qida zəhərlənmələrinin baş verməsinə zəmin yaradır. Əksər hallarda ev şəraitində hazırlanan müxtəlif turşular, soyuq qəlyanaltılar, salatlar, sərinləşdirici içkilər isə heç bir sağlamlıq sənədi ilə müşayiət olunmadan digər yüksək riskli məhsullarla birlikdə kütləvi şəkildə istehlakçılara təqdim edilir.
Odur ki, milli adət-ənənələrimizə ehtiram və xüsusi həssaslıqla yanaşı, həmin tədbirlərə gələn insanların həyat və sağlamlığı nəzərə alınmalı, bu sahədə mövcud qanunvericiliyin tələb və qaydalarına əməl olunmasının həyati əhəmiyyəti diqqətdə saxlanılmalıdır.
Agentlik bir daha ictimai iaşə müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edərək, onları bu cür qanunsuz fəaliyyətdən çəkinməyə çağırır. Bildirilir ki, belə kütləvi mərasimlərin keçirilməsi zamanı istehlaka təqdim olunan qida məhsulları mütləq şəkildə ictimai iaşə müəssisələrində mövcud norma və tələblərə uyğun şəkildə hazırlanmalı və istehlaka təqdim edilməlidir.
Qeyd olunan qanunsuz fəaliyyətlərlə bağlı hər hansı fakt aşkarlandığı təqdirdə, həmin ictimai iaşə müəssisəsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun şəkildə sərt tədbirlər görüləcək”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin