Birjalarda taxılın qiyməti bahalaşdı

13:51 - 2 Noyabr 2021

Birjalarda taxılın qiyməti bahalaşdı

Çikaqo birjasında (NYSE Chicago) buğdanın mart fyüçersinin qiyməti 8,08 dollara çataraq 2012-ci ilin dekabr ayından bu yana ilk dəfə 8 USD/bsh (1 buşel = 35,23 litr) həddini keçib.

Manset.az “Bloomberg”ə istinadən xəbər verir ki, bahalaşmanın əsas səbəbləri əlverişsiz havalar və gübrənin bahalaşması üzündən məhsulun azalma ehtimalıdır. Belə ki, buğda 6 aydır dalbadal bahalaşır, ötən ay bahalaşma 6,5 faiz olub. 2007-ci ildə buğda aprel – sentyabr ayları ərzində davamlı olaraq bahalaşmışdı.

Buğdanın qiymət artımı nəticəsində başqa ərzaq məhsullarının da bahalaşacağı qeyd olunur. Ötən ayın əvvəlində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) sentyabr ayında ərzağın dünya qiymətləri son 10 ilin ən yüksək həddinə çatdığını açıqlamışdı.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin