Xalq artistinin son görüntüsü sevənlərini üzdü - VİDEO
21 Dekabr 2024
12:36 - 16 Avqust 2024
Türkiyədə 8 nəfərdən ibarət elmi komitə Mərmərə dənizində araşdırmalarının birinci hissəsini yekunlaşdırıb.
Manset.az bu barədə "Haber Global"-a istinadən xəbər verir.
Məlumata görə, nəticələr heç də ürəkaçan deyil. Mərmərə dənizində dağıntılar demək olar ki, geridönməz həddə çatıb. Dənizdə 30 metr dərinlikdən sonra oksigenin qalmadığı və nümayəndə heyətinin bu vəziyyəti 'koma' olaraq təyin etdiyi bildirilib. Heç bir balığın yaşaya bilməyəcəyi bir vəziyyətin yarandığını bildirən nümayəndə heyəti, yaxın keçmişdə Aralıq dənizi cərəyanlarının dənizi müəyyən qədər qidalandırdığını, lakin son araşdırmalarla bu vəziyyətin aradan qaldırıldığını bildirib.
Türkiyə əhalisinin əksəriyyəti Mərmərə bölgəsində yaşadığı üçün bu əhalinin tullantıları illərdir Mərmərə bölgəsinə atılırdı.
Məsələ ilə bağlı Türkiyənin professoru Doğan Yaşar pessimist açıqlamalar verib: "Təhlükə aradan qalxmayacaq, uzun illər davam edəcək. 2021-ci ildən sonra planlar quruldu, bioloji təmizləyici qurğular hədəfə alındı, amma heç bir addım atıla bilmədi".
Sənaye tullantılarının məişət tullantılarından başqa dənizə ölümcül zərbə vurduğunu ifadə edən professor Yaşar :
"Sənaye obyektləri dənizdən soyuducu su çəkir, bu suyu təxminən 1 dərəcə qızdırır və yenidən dənizə buraxır. Mən o zaman da demişəm, həmişə də deyirəm, bu su mübadiləsini nəzərə almaq lazımdır. Dərinliklərdən su alınmalı və yenidən dərinliklərə verilməlidir, əks halda Mərmərə dənizinin son xəbərdarlığı idi . Bunun birdən baş verdiyini, ancaq 35 ildir ki, bu, Mərmərə dənizi üçün bir xəbərdarlıq deyildi", - deyə qeyd edib.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin