Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
27 Noyabr 2024
23:24 - 15 Avqust 2024
"Zirə" UEFA Konfrans Liqasında növbəti oyununu keçirib.
Manset.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin cavab matçında Bakıda Xorvatiyanın "Osiyek" klubu ilə üz-üzə gəlib.
“Liv Bona Dea Arena”dakı matçda qalib müəyyənləşməyib - 2:2.
Qonaqlarda 37-ci dəqiqədə 37-ci dəqiqədə Vedran Yuqoviç fərqlənib. 54-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Qismət Alıyev tarazlığı bərpa edib. 81-ci dəqiqədə Anton Matkoviç xorvatların ikinci qoluna imza atıb. 90-cı dəqiqədə Davit Volkov adını tabloya yazdırıb.
Səfərdəki ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub. 30 dəqiqədə qapılara qol vurulmadığından penaltilər seriyası olub. Burada daha dəqiq olan (2:1) "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə yüksəlib. Komanda bu raundda Kiprin "Omoniya" kollektivi ilə görüşəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin