DİN-dən vatsapda yayılanlarla bağlı AÇIQLAMA
15 Yanvar 2025
23:07 - 15 Avqust 2024
Şimali Koreyanın Covid-19 pandemiyası səbəbiylə 5 illik sərhədi bağlama qərarının 2024-cü ilin dekabrında ləğv ediləcəyi və ölkənin yenidən xarici turizmə açılacağı açıqlanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Çində yerləşən turizm şirkətindən verilən açıqlamada, Pxenyanın tezliklə turistləri qəbul edəcəyi iddia edilib.
"Yerli tərəfdaşımız təsdiqlədi ki, Samjiyon şəhərinə və ola bilsin ki, ölkənin qalan hissəsinə turizm rəsmi olaraq 2024-cü ilin dekabrında yenidən başlayacaq", - Pekində yerləşən Koryo Tours şirkəti öz saytında bildirib.
Çində fəaliyyət göstərən KTG Tours şirkəti də Facebook səhifəsində verdiyi açıqlamada, "Turistlərin bu qış Samjiyona (Paektu dağı bölgəsi) gedə biləcəyi deyilir. Dəqiq tarixlər təsdiqlənməyib. Hələlik yalnız Samjiyon rəsmi olaraq elan edilib, lakin Pxenyan və digər yerlərin də açılacağını düşünürük!", - əlavə edib.
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin