Vətən müharibəsi qazisi dəfn olundu

11:44 - 25 İyun 2021

Vətən müharibəsi qazisi dəfn olundu

Vətən müharibəsi qazisi Ruslan Kazımov dəfn olunub.

Manset.az xəbər verir ki, mərhum doğulduğu Ağstafa rayon Kolxəlifə kəndinin qəbristanlığında torpağa tapşırılıb.

Dəfndə qazinin yaxınları, rayon sakinləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, R.Kazımov Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş kimi xidmət edib. O, 2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsində iştirak edib. R.Kazımov döyüşlərin birində ağır yaralanıb. Daha sonra müalicəsini davam etdirib. Qazi ötən gün vəfat edib.



Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin