Aeroportlarda VİP salonlardan istifadə qaydaları açıqlandı

12:42 - 2 Noyabr 2021

Aeroportlarda VİP salonlardan istifadə qaydaları açıqlandı

Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə qaydası müəyyənləşib.

Manset.az-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qaydaya əsasən, VİP salonlarından istifadə etmək hüququna malik olan şəxslərin bu salonlarda qarşılanması və yola salınması üzrə yüksək səviyyədə xüsusi xidmətin göstərilməsinə dair işlərin təşkili və fasiləsiz fəaliyyəti “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və xidmət prosesinə cəlb olunan mülki aviasiya subyektləri ilə birlikdə təmin ediləcək.
Naxçıvan Beynəlxalq Hava Limanının VİP salonunda bu Qaydada qeyd olunmuş xidmətlər Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən Dövlət Sərhəd Xidməti, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi və xidmət prosesinə cəlb olunan mülki aviasiya subyektləri ilə birlikdə təmin ediləcək.

VİP salonlarında təhlükəsizliyin təmin edilməsi “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilir.
“Naxçıvan” Beynəlxalq Hava Limanının VİP salonunda təhlükəsizliyin təmin edilməsi “Naxçıvan” Beynəlxalq Hava Limanı, Dövlət Sərhəd Xidməti, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilir.

VİP salonlarında göstərilən xidmətlərin keyfiyyətinə və VİP salonlarından istifadə qaydalarına riayət olunmasına nəzarət Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi tərəfindən həyata keçirilir. VİP salonlarında ödənişsiz əsaslarla xidmətlərin göstərilməsi ilə bağlı çəkilən xərclər Azərbaycan Respublikasının dövlət büdcəsindən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə ayrılmış vəsait hesabına həyata keçirilir.

VİP salonlarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda və “Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin Siyahısı”nda nəzərdə tutulmuş şəxslərə, habelə bu Qaydalarda nəzərdə tutulmuş digər şəxslərə xidmət göstərilir. VİP salonlarından istifadə etmək hüququna malik olan şəxslərin əl yükü və baqajı, həmçinin onları yola salan (qarşılayan) şəxslər ümumi qaydada baxışdan keçirilirlər. Siyahılara daxil olan şəxslərlə birlikdə səfər edən ailə üzvlərinə də VİP salonlarında xidmət göstərilir. “Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”na daxil olan şəxslərə və onlarla birlikdə səfər edən ailə üzvlərinə VİP salonlarında xidmət ödənişsiz əsaslarla həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin, Azərbaycan Respublikası vitse-prezidentlərinin, Azərbaycan Respublikası Milli Məclisi sədrinin və onun müavinlərinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin, Azərbaycan Respublikası Xüsusi Tibb Xidməti rəisinin, Azərbaycan Respublikası xarici işlər nazirinin və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti rəisinin dəvəti ilə xarici dövlətlərdən Azərbaycan Respublikasına gələn nümayəndə heyətlərinin gediş-gəliş tarixi və reysin nömrəsi barədə Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinə dəvət edən tərəfindən məlumat verilir.

Azərbaycanda dəmir yolu ilə yük və sərnişin daşımaları artıb

Azərbaycan 2030-cu ilədək yeni nəsil 20 "Airbus" təyyarəsi ala bilər.

"Alitalia" bu gün sonuncu aviareysini yerinə yetirəcək.

“Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin Siyahısı”na daxil olan şəxslərə və onlarla birlikdə səfər edən ailə üzvlərinə VİP salonlarında xidmət qarşılıqlıq prinsipi əsasında ödənişsiz və ya ödənişli əsaslarla həyata keçirilir. Siyahılara daxil olmayan, habelə bu Qaydalarda nəzərdə tutulmamış şəxslərə VİP salonlarında xidmət Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri və Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri tərəfindən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ünvanlanan gediş-gəliş tarixi və reysin nömrəsi qeyd olunan birdəfəlik yazılı sifarişlər əsasında həyata keçirilir. Təxirəsalınmaz hallarda (qeyri-iş günlərində (vaxtlarında) Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin və Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbərinin şifahi tapşırıqları icra oluna bilər. Azərbaycan Respublikasının Prezidentini və onun ailə üzvlərini xarici ölkələrdə və ölkədaxili səfərlərdə müşayiət edən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin əməkdaşları (müvafiq mühafizə avadanlıqlarının və xüsusi vasitələrin VİP salonlarından daşınmasına icazə verilməklə) səfərdən əvvəl və səfərdən sonra VİP salonlarının xidmətlərindən ödənişsiz əsaslarla istifadə edirlər. Azərbaycan Respublikasında fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri və əməkdaşları Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti tərəfindən Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinə ünvanlanan gediş-gəliş tarixi və reysin nömrəsi qeyd olunan bildiriş əsasında VİP salonlarından istifadə edirlər. Naxçıvan Beynəlxalq Hava Limanının VİP salonuna münasibətdə bu Qaydaların 3.6-cı və 3.8-ci bəndlərində qeyd olunan şəxslərə xidmət Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Aparatı rəhbərinin gediş-gəliş tarixi və reysin nömrəsi qeyd olunan bildirişi əsasında həyata keçirilir. Azərbaycan Respublikasında fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri və əməkdaşları istisna olmaqla, yuxarıda qeyd olunan şəxslərə VİP salonlarında göstərilən xidmət haqlarının məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

VİP salonlarından istifadə hüququ olan şəxslərə aşağıdakı xidmətlər göstərilir:

- VİP salonlarından istifadə hüququ olan şəxslərin qeydiyyatı, əl yükünün və baqajının rəsmiləşdirilməsi;
- VİP salonlarından istifadə hüququ olan şəxsləri
qarşılayanların və yola salanların hava gəmisinin gəlməsi və yola düşməsi barədə məlumatlandırılması;
- VİP salonlarından istifadə hüququ olan şəxslərə sərhəd və gömrük nəzarətindən keçmək üçün kömək göstərilməsi;
- VİP salonlarından istifadə hüququ olan şəxslərin VİP salonu və hava gəmisi istiqamətində müşayiət edilməsi məqsədilə nəqliyyat vasitəsilə təmin olunması;
- VİP salonlarından istifadə hüququ olan şəxslərin əl yükünün və baqajının gediş zamanı hava gəmisinə yüklənməsi üçün qəbul edilməsi, gəliş zamanı VİP salonuna çatdırılması;
- VİP salonlarından istifadə hüququ olan şəxsləri qarşılayanlara və yola salanlara VİP salonlarına daxil olmaq imkanının yaradılması;
- VİP salonlarından istifadə hüququ olan şəxsləri qarşılayanların və yola salanların nəqliyyat vasitələrinin VİP dayanacaqla təmin edilməsi;
- VİP salonlarından istifadə hüququ olan şəxslərə çay və sərinləşdirici içkilərin təklif edilməsi;
- VİP salonlarından istifadə hüququ olan şəxslərin şəhər telefon rabitəsi, internet və televiziya xidmətləri ilə, həmçinin qəzetlərlə və jurnallarla təmin edilməsi;
- zəruri hallarda VİP salonlarından istifadə hüququ olan şəxslərə ilkin tibbi və digər yardım göstərilməsi.
- VİP salonlarında aviabileti, pasportu, xidməti vəsiqəsi olan VİP salonlarından istifadə etmək hüququna malik olan şəxslərə xidmət göstərilir.
- VİP salonlarında VİP salonlarından istifadə hüququ olan şəxslərin qeydiyyatı, əl yükünün və baqajın rəsmiləşdirilməsi hava gəmisinin uçuşundan 1 (bir) saat əvvəl başa çatdırılır. VİP salon- larından istifadə etmək hüququna malik olan şəxslərin salona gəlişinin əsaslı səbəbdən yubanması barədə əvvəlcədən xəbər verildiyi təqdirdə, həmin şəxs hava gəmisinin bortuna texnoloji qrafikinin şərtlərinə riayət edilməklə daxil olur, qeydiyyatı, əl yükünün və baqajının rəsmiləşdirilməsi nisbətən gec aparılır. VİP salonla- rından istifadə etmək hüququna malik olan şəxslərin perronda daşınması VİP salonuna təhkim edilmiş xüsusi nəqliyyat vasitəsilə həyata keçirilir.

VİP salonlarından istifadə etmək hüququna malik olan şəxslərin baqajı hava gəmisinə ayrıca yüklənilir və daşıyıcı aviaşirkətin əməkdaşlarının məsuliyyəti altında xüsusi baqaj cədvəli üzrə təhvil verilir. VİP salonlarının əməkdaşları tərəfindən VİP salonlarından istifadə etmək hüququna malik olan şəxslər və onların baqajı barədə məlumat daşıyıcı aviaşirkətin daxili qaydalarına uyğun verilir. VİP salonlarının əməkdaşları qeydiyyatdan keçən VİP salonlarından istifadə etmək hüququna malik olan şəxslərə hava gəmisinə minmə vaxtı barədə əvvəlcədən məlumat verir, həmçinin daşıyıcı aviaşirkətin nümayəndələrini salonda xidmət göstərilən VİP salonlarından istifadə etmək hüququna malik olan şəxslər barədə məlumatlandırırlar. VİP salonlarından istifadə etmək hüququna malik olan şəxslər barədə məlumatlar (soyadı, adı və vəzifəsi, reysin tarixi və nömrəsi, hərəkət marşrutu) VİP salonlarının elektron sistemində yerləşdirilir. VİP salonlarından istifadə etmək hüququna malik olan şəxslərin Azərbaycan Respublikasının aeroportlarına (hava liman- larına) gəlməsi barədə həmin şəxslər və ya onların tapşırığına əsasən digərləri tərəfindən telefon, poçt, e-mail və digər rabitə vasitələri ilə əvvəlcədən, hava gəmisinin kapitanı tərəfindən enişdən azı 30 dəqiqə əvvəl VİP salonlarına məlumat verilir. VİP salonları tərəfindən VİP salonlarından istifadə etmək hüququna malik olan şəxslərin qarşılanması, onlara xidmət göstərilməsi və nəzərdə tutulmuş marşrut üzrə səfəri davam etdirməsi üçün hava gəmisinə minməsi təmin edilir. Hava gəmisinin uçuşu yubandıqda və ya hərəkət marşrutu dəyişdirildikdə, VİP salonlarının əməkdaşları VİP salonlarından istifadə etmək hüququna malik olan şəxsləri yerləşdirir, onlara istirahət üçün şərait yaradır və onların yaxın reyslə yola salınmasına kömək göstərir.


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin