2 ay əvvəl Kürdə batan daha bir nəfərin meyiti tapıldı

17:31 - 15 Avqust 2024

2 ay əvvəl Kürdə batan daha bir nəfərin meyiti tapıldı

İyunun 2-də Tovuzun Hunanlar kəndi ərazisində avtomobilin Kür çayına düşməsi nəticəsində batan daha bir şəxsin meyiti tapılıb.

 

Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu 1988-ci il təvəllüdlü Sadıqov Elxan Sakit oğludur. Onun meyiti avtomobilin çaya düşdüyü yerdən təxminən 7 km məsafədə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, 2 ay əvvəl Tovuzda ağır yol qəzası nəticəsində 60 BH 272 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobil Hunanlar kəndindəki körpüdən Kür çayına aşıb. Hadisə nəticəsində maşında olan 4 nəfərdən biri - 1992-ci il təvəllüdlü Turqut İbrahimov sudan çıxaraq xilas olub. Sürücü 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov suda boğularaq ölüblər. 2 ay davam edən axtarışlardan sonra hər 3 şəxsin meyiti tapılaraq təhvil verilib.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin