İstefa verən MSK sədrinin yerinə YENİ TƏYİNAT

14:39 - 15 Avqust 2024

İstefa verən MSK sədrinin yerinə YENİ TƏYİNAT

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Əjdər Əliyev bir müddət əvvəl istefa verib. O, Naxçıvan Ali Məclisinə seçkidə iştirak etmək üçün vəzifəsini tərk edib.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, istefa verən MSK sədrinin yerinə yenisi seçilib.

Belə ki, Əkrəm Hüseynzadə Naxçıvan MSK-nın yeni sədri olub. O, 1983-cü ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Universitetini tarix-filologiya ixtisası üzrə bitirib. Filologiya üzrə fəlsəfə doktorudur.


Xəbər xətti

21 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin