Ötən gün toylara görə daha 6 nəfər cərimələndi

11:03 - 2 Noyabr 2021

Ötən gün toylara görə daha 6 nəfər cərimələndi

Noyabrın 1-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 52 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat Xidmətindən Manset.az-a verilən məlumata görə, monitorinq 47 şadlıq sarayında, 5 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 6 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 78 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.


Xəbər xətti

20 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin