Saxta cərrahların məsələsi Milli Məclisdə - "Estetik cərrahlara icazəni kim verir?"
26 Noyabr 2024
19:13 - 14 Avqust 2024
Binəqədi rayonu, Biləcəri qəsəbəsində heyvana qarşı qəddarlıq edən şəxs məhkəməyə çıxarılıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, müstəntiq barəsində inzibati qaydada protokol tərtib edilmiş 42 yaşlı X.Muradovun həbsini tələb edib.
Məhkəmə heyvana rəhmsiz davranan şəxsin cəzalandırılmasını qanuna uyğun hesab edib.
Qərara əsasən X.Muradov 1 aylıq inzibati qaydada həbs edilib.
Qeyd edək ki, X.Muradov ötən gün günorta saatlarında iti baltalayaraq, heyvana işgəncə verib. Hadisə ərtafdakı azyaşlıların gözü qarşısında baş verib. Həmin şəxs qısa müddətə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin