Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə paylaşım etdi - FOTO
17 Noyabr 2024
22:40 - 1 Noyabr 2021
Nigeriyanın ən böyük şəhəri Laqosun İkoye rayonunda 21 mərtəbəli bina uçub.
Manşet.az xəbər verir ki, bu barədə yerli "Punch" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, bina tikinti mərhələsində olub.
Öz növbəsində Nigeriyanın “Premium Times” qəzeti bina sahibi də daxil olmaqla 50-dən çox insanın dağıntılar altında qala biləcəyini yazıb. Onların hansı vəziyyətdə olduğu və tikililərin uçması zamanı nə dərəcədə zədələndiyi hələlik məlum deyil.
“Nation” qəzeti artıq dörd nəfərin dağıntılar altından çıxarıldığını yazıb. Qəzetin məlumatına görə, onlardan ikisinin vəziyyəti ağırdır, digər ikisi yüngül xəsarət alıb.
Ərazidə xilasetmə xidmətlərinin briqadaları işləyir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin