Qaşım Maqomedov FHN-in İdman-sağlamlıq klubunun üzvüdür

21:07 - 12 Avqust 2024

Qaşım Maqomedov FHN-in İdman-sağlamlıq klubunun üzvüdür

Məlum olduğu kimi, 24 iyul – 11 avqust tarixlərində Fransanın paytaxtı Paris şəhərində XXXIII Yay Olimpiya Oyunları keçirilib və Azərbaycanı taekvondo idman növündə təmsil edən Qaşım Maqomedov 58 kq çəki dərəcəsində Olimpiya Oyunlarının gümüş medalını qazanıb.

 

Manset.az FHN-ə istinadən xəbər verir ki, Q.Maqomedov Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun üzvüdür.

İdmançımız bundan əvvəl də bir sıra beynəlxalq yarış və turnirlərdə yüksək nəticələr göstərməyi bacarıb.

Bunlardan, xüsusilə IV İslam Həmrəyliyi Oyunlarında qazandığı gümüş medalı, Krakovda (Polşa) keçirilən III Avropa Oyunlarında bürünc medalı və 2023-cü il Avropa Taekvondo Çempionatında (Tallin, Estoniya) qazandığı qızıl medalı qeyd etmək olar.

Həmçinin, Q.Maqomedov 2023-cü ildə Çinin Uşi şəhərində keçirilən Böyük Dəbilqə turnirinin təsnifat və həmin turnirin final mərhələsində qələbə qazanaraq Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak etmək üçün lisenziya əldə edib.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin