"Lill"in baş məşqçisi mətbuat konfransında qatıla bilmədi

17:18 - 12 Avqust 2024

"Fənərbaxça"nın  Çempionlar Liqasındakı rəqibi "Lill"in baş məşqçisi Bruno Genesio oyunöncəsi mətbuat konfransına qatıla bilməyib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb onun səhəti ilə bağlı problem yaşaması olub.

Bel ağrısı səbəbiylə mətbuat konfransına qatıla bilməyən "Lill"in baş məşqçisi Bruno Genesionun yerinə açıqlama verən köməkçi məşqçi Dimitri Farbos, "İstanbula heç-heçə üçün getmək səhv olar. Bunu bilməliyik. Rəqibimizə fürsət verməmək üçün oyun anlayışımıza sadiq qalaraq, soyuqqanlılığımızı qoruyub saxlamalıyıq" , - deyə qeyd edib.

Xatırladaq ki, ilk matçda evdə 2-1 qalib gələn "Lill" sabah saat 20.00-də Ülker Stadionunda "Fənərbaxça"nı qəbul edəcək .

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin