"Ukrayna ordusu müharibəni rəqibin ərazisinə gətirib" - Zelenski

17:06 - 12 Avqust 2024

Ukrayna prezidenti Vladimir Zelenski Kursk bölgəsində transsərhəd hücumu həyata keçirdiyini etiraf edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın qərbindəki Kurskda əməliyyat həyata keçirildiyini qəbul edən Zelenski

"Ukrayna ordusu müharibəni işğalçının ərazisinə aparıb" , - deyə açıqlama verib. 
Ukrayna ordusuna təşəkkür edən Zelenski bildirib ki, o, Rusiyadakı əməliyyatı ölkənin ali hərbi komandiri general Aleksandr Sirski ilə müzakirə edib.

Ukraynanın sərhədyanı əməliyyatından sonra dünən Rusiyanın Ukrayna sərhədindəki Kursk, Belqorod və Bryansk vilayətlərində "terrorla mübarizə" vəziyyətinin elan edildiyi açıqlanıb.

 

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

15 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin