Türkiyədə teleqrama giriş bloklana bilər - SƏBƏB

22:56 - 11 Avqust 2024

Türkiyədə teleqrama giriş bloklana bilər - SƏBƏB

Türkiyə rəsmiləri teleqramın narkotik maddələrin satışı, fahişəliyin təbliği, qumar oyunları və uşaq pornoqrafiyası ilə videoların yayılması üçün istifadə edildiyi üçün onun bloklanması ehtimalı barədə xəbərdarlıq edib.

 

Manset.az xəbər verir ki, bu barədə "Takvim" qəzeti hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər yayıb.

Məlumata görə, Türkiyənin Texnologiya və Kommunikasiya Şurası teleqramın baş ofisinə qanunsuz fəaliyyət üçün istifadə edilən kanalların bağlanması tələbi ilə 1 000-dən çox xəbərdarlıq göndərib, lakin hələ də cavab almayıb.


Xəbər xətti

22 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin