İlham Əliyev rəsmiləri qəbul etdi - YENİLƏNDİ
17 Noyabr 2024
20:06 - 1 Noyabr 2021
Türkiyə Silahlı Qüvvələri Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə mina və digər partlayıcı vasitələrin axtarışı və zərərsizləşdirilməsi işinə modernləşdirmə və təlim fəaliyyətləri ilə dəstəyini davam etdirir. Birgə fəaliyyət nəticəsində bu günə qədər 123 kvadratkilometr ərazi minalardan təmizlənib.
Manşet.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin fəaliyyəti və gündəmdəki mövzularla bağlı təşkil edilən mətbuat konfransında məlumat verilib.
Qeyd edilib ki, mina və partlayıcı vasitələrin təmizlənməsi istiqamətində indiyədək Azərbaycandan 899 nəfər üçün təlim keçirilib. Türkiyə və Azərbaycan Silahlı Qüvvələri arasında əməkdaşlıq, təlimlərin planlaşdırılması və keçirilməsi, idarəetmə və icra prinsiplərinin uyğunlaşdırılması məqsədilə başlanmış “Qardaş Briqada” layihəsi davam etdirilir. Bu çərçivədə 2021-ci il oktyabrın 5-dən 8-dək
Türkiyə və Azərbaycan təmsilçilərinin iştirakı ilə Naxçıvanda “Sarsılmaz Qardaşlıq-2021” təlimi keçirilib.
“Bir millət, iki dövlət” şüarı ilə kədərdə və sevincdə də bərabər olduğumuz azərbaycanlı qardaşlarımızı noyabrın 8-də qeyd olunacaq Zəfər Günü münasibətilə təbrik edirik. Bu günə qədər olduğu kimi, bundan sonra da haqlı mübarizələrində azərbaycanlı qardaşlarımızın yanında olmaqda davam edəcəyimizi bir daha vurğulayırıq”, - deyə mətbuat konfransında bildirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin