Tanınmış güləşçi medal qazandıqdan sonra karyerasını bitirdi - “Paris-2024”

23:21 - 10 Avqust 2024

Tanınmış güləşçi medal qazandıqdan sonra karyerasını bitirdi - “Paris-2024”

Türkiyənin tanınmış sərbəst güləşçisi Taha Akgül peşəkar karyerasını başa vurub.

 

Manset.az xəbər verir ki, 125 kiloqram çəki dərəcəsində çıxış edən güləşçi bürünc medal görüşündə qalib gələrək idmanla vidalaşıb.

Arenaya toplaşan azarkeşlər məşhur idmançını alqış sədaları altında yola salıblar.

Qeyd edək ki, 3 qat dünya və 11 qat Avropa çempionu olan Taha Akgül Olimpiya Oyunlarında 1 qızıl və 2 bürünc medal əldə edib.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin