Azərbaycanın sərbəst güləşçisi medal qazandı - Paris-2024

22:47 - 10 Avqust 2024

Azərbaycanın sərbəst güləşçisi medal qazandı - Paris-2024

Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili bürünc medal uğrunda mübarizə aparıb.

 

Manset.az xəbər verir ki, 125 kq çəki dərəcəsində yer alan idmançı Polşa təmsilçisi Robert Baranla üz-üzə gəlib.

Görüş təmsilçimizin 9:3 qələbəsi ilə yekunlaşıb. Bununla da G.Meşvildişvili ölkəmizin aktivinə növbəti bürünc medalı yazdırıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin