Sena çayına girən idmançıların səhhətində problemlər yarandı - Paris-2024

21:44 - 10 Avqust 2024

Sena çayına girən idmançıların səhhətində problemlər yarandı - Paris-2024

Fransada Sena çayında üzgüçülük üzrə olimpiya yarışlarına qatılan dörd almaniyalı idmançıdan üçünün səhhətində problemlər yaranıb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə “DPA” agentliyinə Almaniya Olimpiya İdman Konfederasiyasından məlumat verilib.

Qeyd olunub ki, Almaniyanın iki üzgüçüsü dünən ürəkbulanma, qusma və ishal şikayətləri ilə ambulator müalicə alıblar: “Bu səhər onlar daha yaxşıdır. Bənzər simptomları olan daha bir üzgüçü indi kişilərdən ibarət komandanın həkimləri tərəfindən müalicə olunur”.

Bundan əvvəl, isveçrəli triatlonçular Adrien Briffod və Simon Uestermann, belçikalı atlet Kler Mişel Sena çayında çimdikdən sonra səhhətlərində problemlər yarandığını bəyan etmişdilər.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin